AZ

Bank sektorunun biznes kreditləri portfeli 14 milyard manatı aşdı

Kredit portfelinin artımı sentyabr ayında da davam edib. Hesabat ayında bankların kredit portfeli 2.4% və ya 630.4 mln. manat artaraq 26,706 mln. manat olub.

Banker.az xəbər verir ki, kredit portfelinin strukturu aşağıdakı kimidir:

ı) biznes kreditləri – 54% (14,407.9 mln. manat);

ıı) istehlak kreditləri – 30.5% (8,152.8 mln. manat) və

ııı) ipoteka kreditləri – 15.5% (4,145.3 mln. manat).

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.6 faiz bəndi azalaraq 1.7% təşkil edib.

Seçilən
81
1
banker.az

10Mənbələr