AZ

Rusiya Qərbə xəbərdarlıq etdi

Qərb ölkələri Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməyə başlaması halında Moskva oxşar addım atacaq. Metbuat.az xəbər verir ki, Rusiyanın maliyyə naziri Anton Siluanov belə açıqlama verib. O, G7-nin dondurulmuş Rusiya aktivlərindən istifadə edərək Ukraynaya 50 milyard dollar kredit ayıracağına dair açıqlamalarını dəyərləndirib. Siluanov bildirib ki, Rusiya da dost olmayan şirkət və qurumların aktivlərini dondurub və bunlardan əldə edilən gəlirləri də eyni şəkildə istifadə edəcək. Sözügedən varlıqların Rusiyadakı hesablarda dondurulduğunu ifadə edən Siluanov bildirib ki, buradan əldə edilən gəlir iqtisadiyyatın ehtiyacları üçün istifadə ediləcək.

Qeyd edək ki, ABŞ-ın maliyyə naziri Janet Yellen G7-nin Ukraynaya 50 milyard dollar kredit verəcəyini və bu kreditin Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlə ödəniləcəyini ifadə edib.

Seçilən
72
3
metbuat.az

6Mənbələr