AZ

Hamilə qadın 10-cu mərtəbədən yıxılıb öldü, körpəsi sağ qaldı - FOTO

İngiltərənin Lids şəhərində faciəvi hadisə baş verib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, hamiləliyinin son dövrünü yaşayan Emma Atkinson 10-cu mərtəbədən yıxılıb. Həkimlər onun bətnində olan körpəni təcili keysəriyyə əməliyyatı ilə xilas edə biliblər.

Lakin qadını qurtarmaq mümkün olmayb.Körpə hazırda reanimasiyada müalicə olunur. 

Emmanın ölümündən cəmi bir ay əvvəl sosial şəbəkədəki paylaşımı yayılıb. O, fotonun altına "Qız övladım olacaq, bundan daha xoşbəxt ola bilməzdim" sözlərini yazıb.

Nərmin Mahmudova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
57
42
milli.az

10Mənbələr