AZ

Naftalan şəhərində "LiderSən" layihəsi keçirilib

Gənclərin İnkişaf və Karyera Mərkəzi Gəncə-Daşkəsən regional nümayəndəliyinin Naftalan bölməsinin,  Naftalan şəhər Heydər Əliyev Mərkəzinin və Naftalan şəhər gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə "LiderSən" layihəsi həyata keçirilib.

Tədbir iştirakçıları ilk olaraq Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu özündə əks etdirən foto-stentə baxış keçirilib.

Açılış nitqində layihə rəhbəri Əfqan Baxşəliyev tərəfindən layihə haqqında məlumat verilib. Qeyd edilib ki,  "LiderSən" layihəsinin əsas məqsədi gənclərin şəxsi inkişafına tövhə vermək; gənclərin natiqlik və liderlik bacarıqlarının inkişafına dəstək olmaq; gənclərin asudə vaxtlarının əyləncəli və səmərəli keçməsinə şərait yaratmaq; gənclərin bilik və bacarıqlarının inkişafına dəstək olmaqdır.

Layihənin rəsmi açılış hissəsində Heydər Əliyev Mərkəzinin direktoru Faiqə Ağayeva, Naftalan şəhər 1 nömrəli məktəbin müəllimi Şölə Quluyeva, Naftalan şəhər 2 nömrəli məktəbin direktoru Adilə Bağırova, GİKM - nin Qarabağ regional nümayəndəliyinin koordinatoru Pərvin Əhmədova, Naftalan şəhər gənclər və idman sektorunun əməkdaşı İsa İsayev və Goranboy  Gənclər Evinin təlimçisi Rüxsarə Xəlilova iştirak edib.

Layihə çərçivəsində "Xarizmatik Natiqlik" və "Motivasiya və Liderlik" mövzularında təlimlər, qrup işləri və enercayzerlər həmçinin təlimlər arası çay, kofe fasiləsi təşkil olunub.

Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub. Qeyd edək ki, "LiderSən" layihəsində 35 gənc iştirak edib.

Seçilən
93
28
xalqqazeti.az

10Mənbələr