AZ

Naxçıvanda Dövlət Vergi Xidmətinə daxil olmuş müraciətlərin 96%-i həll edilib

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan MuxtarRespublikasında vergi orqanlarına ümumilikdə 1 230 müraciət daxilolub.

Trend xəbərverir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət VergiXidməti məlumat yayıb.

Məlumata görə, onların da 91,3 %-ni ərizələr, 8,6 %-inişikayətlər, qalan hissəsini isə müxtəlif təkliflər təşkil edib.

Bildirilib ki, müraciətlərin 98,4 %-in baxılması bu ilin 9 ayıərzində başa çatdırılıb, 1,6 %-i isə hazırda icradadır. Baxılmışmüraciətlərdən 96 %-i həll olunub, 2,3 %-i barədə müvafiq izahatverilib, qalanları barədə qanunamüvafiq qərarlar qəbul edilib.

Qeyd olunub ki, bu ilin 9 ayında Dövlət Vergi Xidmətində müvafiqvəzifəli şəxslər tərəfindən ümumilikdə 83 vətəndaşın qəbulu təşkilolunub. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydadayanaşılıb, onların qanuni tələblərinin müsbət həlli üçün lazımitədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlıqanunamüvafiq izahatlar verilib.

Seçilən
118
7
az.trend.az

10Mənbələr