AZ

İslandiya dörd günlük iş həftəsini tətbiq edir...

...İslandiya dörd günlük iş həftəsini tətbiq edəndən bəri təsirli iqtisadi artım müşahidə edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə CNN məlumat yayıb.

Deməli, yeni araşdırmaya görə, İslandiyanın ÜDM-i 2023-cü ildə 5 faiz artıb ki, bu da inkişaf etmiş bir iqtisadiyyat üçün heyranedici dərəcədə yüksəkdir.

Qeyd edək ki. zəngin Avropa ölkələri arasında yalnız Malta daha yüksək göstəriciyə malikdir.

...Və müqayisə üçün qeyd edək ki, 2006-2015-ci illər ərzində İslandiyanın orta iqtisadi artım tempi ildə cəmi 2 faiz təşkil edib. Analitiklər ölkənin iqtisadi uğurunu məhz iş həftəsinin azaldılması ilə əlaqələndirirlər.

Belə ki, 2015-ci ildən 2019-cu ilə qədər ölkədə bir neçə iri eksperiment aparılıb ki, bu zaman dövlət sektorunda çalışan işçilərin əməkhaqqı azaldılmadan iş həftəsi 40 saat əvəzinə 35-36 saata endirilib.

Onu da qeyd edək ki, bu təcrübədə 2500 nəfər iştirak edib, yəni bu, o vaxt İslandiyanın işləyən əhalisinin 1faizdən çoxunu təşkil edirdi.

Tədqiqatçılar müəyyən ediblər ki, əksər iş yerlərində məhsuldarlıq eyni qalıb və ya yaxşılaşıb, eyni zamanda işçilərin rifahı bir sıra göstəricilər üzrəəhəmiyyətli dərəcədəartıb.

İslandiya həmkarlar ittifaqları daha sonra ölkə daxilində on minlərlə üzvü üçün iş saatlarının qısaldılmasına razılıq veriblər. 2022-ci ilə qədər ölkədə işçilərin 51 faizi daha qısa iş saatına və ya dörd günlük iş həftəsinə keçib.

Və bu gün islandiyalıların 59 faizi bu formatda işləyir.

Əli Babayev

Seçilən
77
12
sia.az

10Mənbələr