Qafqazda sülh yaratmaq istəyən dövlət olan Azərbaycanın bu addımını Demokrat.az-a politoloq Oqtay Qasımov şərh edib:
"Nəzərə almaq lazımdır ki, COP29 BMT-nın təşkil etdiyi konfransdır. Konfransın Azərbaycanda keçirilməsi birbaşa Azərbaycanın təşəbbüsü ilə baş tutmur. Təşkilatçı Azərbaycandır. Ermənistan tərəfinin də konfransa dəvəti normal qarşılanmalıdır. Çünki bu beynəlxalq iqlim problemləri ilə bağlı olan tədbirdir. Digər yandan Azərbaycan bölgədə sülhün tərəfdarı olan ölkədir. Məhz buna görə tədbirə dəvət də Azərbaycanın xoşməramlı davranışıdır".
Politoloq qeyd edib ki, Biz Qafqazda əgər sülh istəyiriksə, bu cür addımlar atmalıyıq.
"Nəzərə alaq ki, keçən il Ermənistan COP29-un ölkəmizdə təşkil olunması üçün razılıq verdi və öz namizədliyini geri çəkdi. Azərbaycan da təbii ki, bunu qarşılıqsız buraxmır. Bu dəvət də qeyd etdiyim səbəblərə görə normal qarşılanmalıdır"
"Ermənistan dəvəti qəbul etməsə, Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı deyil"
"Ermənistanın dəvəti qəbul edib etməməyi öz problemidir. Edəcəklərsə, onlar da bir addım atmış olacaq. Əksi olarsa, deməli, Ermənistan Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı deyil. Vaxtı ilə Azərbaycanın Ermənistanda keçirilən beynəlxalq tədbirlərdə rəsmi nümayəndələri iştirak ediblər".
Mehriban Mirzəzadə
Demokrat.az
10Mənbələr
-
arqument.azCOP29-a qatılan almaniyalı nazir Azərbaycanda insan hüquqlarının vəziyyətini acınacaqlı sayır ( 13260082)
-
turan.azAlmaniyanın xarici işlər naziri Azərbaycanda fəalları azad etməyə çağırıb ( 13248964)
-
demokrat.azAzərbaycanla Ermənistan arasında COP29-a qədər sülh müqaviləsi imzalanacaq? ( 12555412)
-
sherg.azErmənistan COP29-da hansı səviyyədə təmsil olunacaq? –Analiz ( 12543871)
-
modern.azİrəvan Bakıdakı COP29 konfransında iştirak etmək istəyir - Paşinyanın Aparat rəhbəri ( 12538765)
-
redaktor.az"Ermənistanın COP29-da iştirakı sülhün imzalanmasını tezləşdirə bilər" ( 12476143)
-
demokrat.azPolitoloq: "Ermənistan tərəfinin konfransa dəvəti normal qarşılanmalıdır" ( 12470731)
-
valyuta.azErmənistanın XİN başçısı COP29-a dəvət olunub ( 12417967)
-
arqument.azAzərbaycanın Ermənistanı COP29-a dəvət etdiyi bildirilir ( 12408802)
-
bakupost.azErmənistanın XİN başçısı COP29-a dəvət olundu ( 12408451)