AZ

"Evə su dolub, 2000 manatdan çox ziyan dəyib" - Sabunçu sakini

Sabunçudakı dəmiryolunun yaxınlığında yaşayanlar deyir ki, oktyabrın 28-də səhər qısa müddətdə yağan yağışdan sonra yenə evləri və ətraf küçələri su basıb.

"Qoy, Prezidentimiz eşitsin ki, Füzuli qaçqınları necə yaşayır. Ev istəyirəm, deyir ki, 2040-cı ildə verəcəm. 2040-cı ilə qədər mən suyun içində ölməliyəm? Evimi ver, gedim, yaşayım da", - Sabunçu sakini Elnur Hüseynov BBC-yə bildirir.

Hüseynov deyir ki, yağan yağış nəticəsində onun evinə 2000 manatdan artıq ziyan dəyib.

"Bütün əşyalarımız suyun içindədir", - o əlavə edir.

Oktyabrın 22-də də güclü yağışdan sonra Bakı və Abşeronun bəzi yerlərində evləri su basıb, tunellərdə avtomobillər suyun içində qalıb.

Rəsmi məlumata görə, tunelləri su basması nəticəsində iki nəfər həlak olmuşdu.

Videoya YouTube kanalımızda baxın.

Seçilən
123
bbc.com

1Mənbələr