AZ

Bakı metrosu COP29-a hazırlaşır - FOTO

Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflərinin 29-cu Konfransı (COP 29) ilə əlaqədar Bakı metropolitenində silsilə tədbirlərin davamı kimi bir sıra naviqasiya, o cümlədən təbliğat yenilikləri edilməsinə başlanılıb.

Metropolitendən hafta.az-a verilən məlumata görə, COP 29 Əməliyyat Şirkətinin təqdimatında stansiyalarda tədbirin mahiyyətini geniş ictimaiyyətin diqqətinə çatdıran sosial xarakterli reklam posterlərinin yerləşdirilməsinə və monitorlarda yayımına başlanılıb. Posterlərdə COP 29-un mövzusuna uyğun olaraq dünyamızı qorumaq naminə çağırışlar yer alıb.

Bununla yanaşı, stansiya yollarında istiqamət göstəricilərində konfransın keçiriləcəyi Bakı Olimpiya Stadionunun yerləşdiyi “Koroğlu” stansiyasının nişanı üzərinə COP 29-un loqotipi olan məlumat lövhələri yerləşdirilib. Əsas məqsəd iştirakçıların, xüsusən Bakı metropolitenindən az istifadə edən, eləcə də əcnəbilərin səmti rahatlıqla müəyyən etməsinə dəstək olmaqdır.

COP 29 Əməliyyat Şirkəti ilə birgə silsilə tədbirlər davam etdiriləcək və bu barədə ictimaiyyətə əlavə məlumatlar təqdim olunacaq. Bu xüsusda sosial posterlərin yerləşdirilməsi ilə yanaşı, “Koroğlu” stansiyasında tədbir iştirakçılarının Bakı Olimpiya Stadionuna yolunu daha da asanlaşdıran səmt göstəricilərinin yerləşdirilməsi işləri də aparılacaq.

Qeyd edilənlərlə yanaşı, COP 29 tədbiri iştirakçılarına dəstək məqsədilə metropolitendə Əməliyyat Şirkətinin seçimi və təşkilati dəstəyi əsasında könüllülərin fəaliyyəti də təmin ediləcək. Hazırda bu işlər son mərhələsindədir.

Seçilən
63
22
hafta.az

10Mənbələr