Daha bir Azərbaycan boksçusu Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziada İdman Oyunlarında qızıl medal qazanıb.
"Report"un məlumatına görə, bu uğura 48 kq çəkidə mübarizə aparan Şahin Mustafayev imza atıb.
O, finalda ukraynalı rəqibini məğlub edib.
Qeyd edək ki, Ş.Mustafayevdən öncə Əli Əliyev (46 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.
Azərbaycan boksçusu Əli Əliyev (46 kq) Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziada İdman Oyunlarında Ermənistan idmançısına qalib gələrək qızıl medal qazanıb.
"Report" xəbər verir ki, o, həlledici görüşdə inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu, Azərbaycan boksçularının Manamada ilk qızıl medalı olub.
Qeyd edək ki, hesabında 2 bürünc medal olan oğlanlardan ibarət komandanın heyətində daha 8 boksçu finalda döyüşəcək.