AZ

Avropa İttifaqının ən böyük layihəsi Azərbaycandan keçəcək - Orban AÇIQLADI

Qara dənizin dibi ilə yüksək gərginlikli elektrik xəttinin çəkilməsi planı Gürcüstan ərazisindən keçməklə Aİ bazarını yaşıl enerji ilə təmin edəcək meqa-Avropa layihəsidir. 

"Unikal" xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban Gürcüstanın baş naziri İrakli Kobaxidze lə birgə mətbuat konfransında bildirib. 

"Böyük bir layihədə birlikdə işləyə bilməyimiz mənim üçün böyük şərəfdir. Bu layihə Avropa İttifaqı üçün ən böyük layihədir, çünki nəhəng Avropa layihəsi Qafqaz regionundan Avropaya yaşıl elektrik enerjisinin nəqlini nəzərdə tutur ki, bu da meqa-Avropa layihəsidir. Azərbaycan, Rumıniya, Macarıstan bu istiqamətdə işləyir və bizim birgə müəssisəmiz var. Bu, eyni istiqamətdə həlledici addımdır və ümid edirəm ki, bu, Avropa İttifaqının ən uğurlu layihələrindən biri olacaq". 

Qeyd edək ki, 2022-ci ilin dekabrında Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan hökumətləri arasında Gürcüstan və Azərbaycandan elektrik enerjisinin Avropaya göndəriləcəyi yüksək gərginlikli elektrik verilişi xəttinin tikintisinə dair saziş imzalanıb.

Layihə Avropa və Qafqaz regionunda enerji təhlükəsizliyini gücləndirmək, bərpa olunan enerji sektorunu inkişaf etdirmək və tranzit imkanlarını artırmaq məqsədi daşıyır. Avropa İttifaqı Qara dəniz sualtı kabel layihəsinə 2,3 milyard avro ayırmaq niyyətindədir.

Layihə reallaşarsa, min meqavat gücündə kabel (1,1 min km - sualtı, 95 km - quruda) Gürcüstan və Azərbaycanı Şərqi Balkanlarla birləşdirəcək ki, bu da Cənubi Qafqaz və Avropanın üstünlüklərindən istifadə etməyə imkan verəcək. 

Ağarza Elçinoğlu 

Seçilən
45
50
unikal.az

10Mənbələr