İsrail oktyabrın 26-da İranın hava hücumundan müdafiə sisteminin əsas elementi olan Rusiya istehsallı 3 S-300 zenit-raket kompleksini məhv edib.
"The Wall Street Journal” yazır ki, yüzə yaxın İsrail döyüş təyyarəsinin iştirak etdiyi hücum zamanı S-300 kompleksləri İrana atılan yüzlərlə raketin yalnız bir neçəsinin qarşısını ala bilib. İranın Rusiyadan aldığı dörd hava hücumundan müdafiə kompleksindən üçü bu əməliyyat zamanı, dördüncüsü isə daha əvvəl məhv edilib.
Müharibənin Tədqiqi İnstitutunun (ISW) məlumatına görə, S-300 komplekslərindən biri Tehran hava limanının yaxınlığında yerləşdirilib, digər ikisi isə neft limanı, neft emalı zavodu və qaz yatağı da daxil olmaqla enerji obyektləri ətrafında.
TAHİR