1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Pendir və yoğurt qəbulu 42-60 yaşlı kişiləri infarktdan qoruya bilər.
Oxu.Az-ın xəbərinə görə, Böyük Britaniyanın "Gloucestershire Live (GL)" nəşri ürək xəstəlikləri riskini azaldan məhsullar barədə yazı dərc edib.
Nəşrin məlumatına görə, tədqiqatçılar müəyyən ediblər ki, ən azı 20 il ərzində müntəzəm olaraq çoxlu fermentləşdirilmiş süd məhsulları (pendir, yoğurt, kəsmik, kefir) yeyən kişilərdə ürəyin işemik xəstəliyi riski bu qidaları qəbul etməyən kişilərə nisbətən daha azdır. Eyni zamanda, rasionunda adi süddən çox istifadə edən kişilər yüksək dərəcədə ürək problemləri riski altındadırlar.
Eyni zamanda, qeyd olunub ki, sağlamlıq və fermentləşdirilmiş qidaların qəbulu arasında əlaqəni təmin edən mexanizm hələ tam şəkildə tədqiq olunmayıb.