AZ

"Qərbin Rusiyanı təcrid etmək cəhdləri uğursuz oldu" - Lavrov

BRİKS-in Kazan sammitinin nəticələri göstərdi ki, Qərbin Rusiyanı beynəlxalq aləmdə təcrid etmək cəhdləri fiaskodur.

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. 

"Rusiyanı beynəlxalq arenada təcrid etmək cəhdləri də tam fiaskodur. Dünyanın əksər ölkələri Qərbdən nümunə götürmür, Rusiyanın sədrliyi ilə Kazanda keçirilən BRİKS sammitinin nəticələri buna sübutdur", - deyə o, xaricdə yaşayan rusiyalı həmvətənlərin səkkizinci ümumdünya konqresinin açılışında bildirib.

Lavrov bildirib ki, bütün cəhdlər uğursuzluğa məhkumdur: "ABŞ-nin başçılıq etdiyi kollektiv Qərb Rusiyanı sistematik şəkildə cilovlamaq üçün öz səylərini sözün əsl mənasında ikiqat artırdı və ölkəmizə qarşı genişmiqyaslı hibrid təcavüzə başladı, necə deyərlər, strateji məğlubiyyətə nail olmağı qarşısına məqsəd qoydu". 

Ağarza Elçinoğlu 

Seçilən
75
50
unikal.az

10Mənbələr