ABŞ-ın Oreqon ştatının sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri təxminən 16,1 min nəfərin yaşadığı Kus Bey şəhərindən 289 km qərbdə olub. Zəlzələ ocağı isə 12 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.