AZ

Rusiyada 4,1 bal gücündə zəlzələ baş verib

Bakı, TurkicWorld

Rusiyanın Buryatiya Respublikasının şimalında Baykal-Amur magistral xəttinin yaxınlığında 4,1 bal gücündə zəlzələ baş verib.

TurkicWorld-in məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin rayon üzrə Baş İdarəsi bildirib.

Bildirilib ki, zəlzələ Severo-Baykal bölgəsinin Xolodnoye kəndindən 26 km şimal-qərbdə qeydə alınıb.

Məlumata əsasən, ərazidə yeraltı təkanlar hiss olunmayıb, həyati təminat vasitələri normal rejimdə işləyir.

Seçilən
66
8
turkic.world

10Mənbələr