Rusiyanın Şimali Koreya hərbiçilərindən istifadə etməsi Qərblə qarşıdurmada yeni mərhələyə keçib. Rusiyaya gələn Şimali Koreya qoşunlarının ilk etapi Kursk döyüşlərinə göndərilib. Həmçinin Donbasa da da göndərilməsi istisna deyil. Göründüyü kimi, Rusiya cəbhənin bütün istiqamətlərində təşəbbüsü ələ alıb. Belə bir situasiyada V. Putin Ukrayna ilə danışıqlar da maraqlı deyil. V. Putinin bir tələbi var. Bu tələb Zelenskinin kapitulyasiyaya imza atıb, Ukraynani Moskvaya verib cixib getməsidir.
Təbii ki, Rusiya qoşunları hücum əməliyyatlarıni intensivləşdirib daha da irəliləyişlərə nail olarsa, ABŞ hərəkətə keçəcək. Hazırda Ukrayna çətin sınaqlarla üzləşib və görünür Vaşinqton V.Zelenskiyə ciddi təzyiqlər edir. ABŞ-ın Ukrayna siyasəti və lazımi hərbi yardımların edilməməsi V. Zelenskinin "Qələbə planını" qəbul etməməsi, bu ölkəni Rusiyaya qarşı pladsarm kimi istifadə etməsi görüntüsü yaradılıb. Görünür, ABŞ Rusiyanın strateji cəhətdən zəiflətmək və resurslarıni tükəndirməyi hədəfləyib. Məhz Rusiyanın Şimali Koreyadan 10 mindən artıq hərbiçi gətirməsi bu ölkənin resurslarınin tükəndiyini, çağırışçı problemi ilə üz-üzə qaldığını göstərir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31