AZ

SEPAH komandanı İsraili hədələdi: “Ağılasığmaz cavab veriləcək”

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salami İsrailə xəbərdarlıq edib.

Modern.az "Mehr" Agentliyinə istinadən xəbər verir ki, SEPAH komandanı deyib ki, İsrail İrana qarşı son təcavüz aktına görə təsəvvür edə bilməyəcəyi həddə cavab alacaq.

“İsrail İrana bir neçə raket atmaqla tarixi dəyişdirə biləcəklərini düşünməkdə yanılırlar”.

O, daha sonra İsrailə İranın oktyabrın 1-də həyata keçirdiyi cavab xarakterli “Əsl vəd-2” əməliyyatını xatırladıb.

SEPAH komandiri İsrailin ağılasığmaz cavab alacağını vurğulayıb.

İranın Hava Hücumundan Müdafiə bazası şənbə günü verdiyi açıqlamada ölkənin hava hücumundan müdafiə sisteminin İsrailin hücumuna qarşı uğurla mübarizə apardığını bildirib.

İran Ordusu hücumlarda 4 hərbçisinin şəhid olduğunu bildirib.

"Cebheinfo.az"

Seçilən
80
35
cebheinfo.az

10Mənbələr