AZ

Bayraqdar: Rusiyadan bunu istəyirik!

Türkiyə Rusiya ilə ondan idxal olunan təbii qazın xüsusi qiymətini müzakirə etmək istəyir.

Axar.az xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraqdar deyib.

“2023-cü ildə biz Rusiya ilə çox xüsusi qiymətlərlə qaz müqaviləsi bağladıq. 2024 və 2025-ci illər üçün belə bir proqramımız var. Təbii ki, razılaşmamız, düsturumuz mövcuddur, amma deyirik: Türkiyə olaraq bizim üçün xüsusi qiymət istəyirik. Biz həm bizi, həm də qaz hasil edən ölkəni qoruyacaq mexanizm tətbiq etmək istəyirik”, - o bildirib.

Bayraqdarın sözlərinə görə, qazın qiyməti və yeni müqavilənin bağlanması prosesi paralel gedir.

Seçilən
29
7
axar.az

9Mənbələr