AZ

Bu şəxslər Rusiyanı TƏRK ETMƏLİDİR - Azərbaycanlı miqrantların taleyi NECƏ OLACAQ?

Aparıcı Sevinc Telmanqızının təqdimatında TV Müsavat-ın canlı efirində "SƏHƏR XƏBƏR" verilişi təqdim olunub.

Musavat.com xəbər verir ki, Sevinc Telmanqızı Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin dövlət miqrasiya siyasəti ilə bağlı iclasda miqrant ailələrin üzvlərinin Rusiya ərazisində qalmaması ilə bağlı fikirlərindən danışıb. 

Qeyd edək ki, Medvedev bildirib ki, Rusiya ərazisində olan şəxslərin, əgər işləmirlərsə və ya təhsil almırlarsa, ölkəni tərk etmələri vacibdir.

Medvedev, miqrant ailələrin ölkədə qalma məsələsinin xüsusi nəzarət altında olmasını vurğulayıb. Onun sözlərinə görə, bu, miqrasiya siyasətinin effektivliyini artırmaq və ölkənin sosial-iqtisadi vəziyyətini qorumaq üçün zəruridir. Bu yanaşma, Rusiya daxilində miqrantların inteqrasiyası və onların sosial durumlarının tənzimlənməsi üçün yeni tələbləri əks etdirir.

Bununla yanaşı, Rusiya hakimiyyətinin miqrasiya siyasətində sərtləşmələr planlaşdırdığı və miqrantların ölkədəki statuslarının daha da dəqiqləşdirilməsi istiqamətində addımlar atılacağı gözlənilir. 

Ətraflı videoda:

Seçilən
30
4
musavat.com

6Mənbələr