AZ

Ekspert Ukraynada savaşın taleyinin həllinə 100 saat qalmış ehtimal ssenarilərini sadaladı...

Ekspert Ukraynadakı müharibənin taleyinin həllinə 100 saat qalmış ehtimal ssenarilərini sadaladı...

Politoloq Donald Tramp və Kamala Harrisin Ukrayna ilə bağlı mümkün davaranışlarını proqnozlaşdırıb...

3 gündən sonra, çərşənbə axşamı, noyabrın 5-də Rusiyanın Ukraynaya qarşı müharibəsinin taleyini kökündən həll edə biləcək həlledici hadisə baş verəcək. ABŞ-dəki prezident seçkilərindən sonra Ukrayna üçün dəqiq nə və nə vaxt dəyişə bilər?.

Moderator.az xəbər verir ki, politoloq Vladimir Fesenko dünən axşam “TSN”-ə şərhində bu barədə fikirlərini ifadə edib.

“Biz rəsmi qərarları yalnız seçkilərin qalibi ABŞ prezidenti olduqdan sonra gözləməliyik. Bu da yanvarın 20-dən sonradır. İnauqurasiyadan sonra, əvvəl yox”, - deyə V. Fesenko bildirib.

Respublikaçı Donald Tramp qalib gəlsə...

“Əgər Tramp qalib gəlsə (o, Putin və Zelenskiyə tələblər irəli sürməklə müharibəni 24 saat ərzində bitirə biləcəyi ilə bağlı bəyanat verib – red.), o zaman söz verəcək və çox güman ki, bunu etməyə çalışacaq – savaşı başa çatdırmaq üçün vəzifəyə başlamasını gözləmədən Rusiya ilə Ukrayna arasında  danışıqları başlada bilər. Başqa bir şey də odur ki, bu danışıqlar yalnız qeyri-rəsmi ola bilər, amma prosesin özü noyabrda və ya dekabrın əvvəlində başlaya bilər ”, - deyib politoloq.

Və o, belə davam edib: “O, prezident olsa, nə edə bilər? Ukraynadan tələb edəcək ki, NATO-ya üzv olmaqdan imtina etsin, amma işğal olunmuş əraziləri Rusiya kimi tanısın. Hətta J.D.Vens (Tramp qalib gəlsə, vitse-prezident ola bilər - red.) bunu başa düşür"Ş -deyə V.Fesenko nəzərə çatdırıb.

Demokrat Kamala Harris qalib gəlsə...

“Əgər Kamala Harris qalib gəlsə, o zaman əsaslı dəyişikliklərin olacağını düşünmürəm. Xüsusən də keçid dövründə Burada əsas şey əslində bilavasitə Kamala Harris, Trampla bağlı olmayacaq. Artıq dekabr-yanvar aylarında müvafiq olaraq Ukrayna ilə bağlı siyasətə təsir edən təyinatlar bəlli olacaq. ABŞ-də milli təhlükəsizlik siyasətini təyin edəcək dövlət katibi, milli təhlükəsizlik məsələləri üzrə köməkçisi, müdafiə naziri, CIA direktorundan söhbət gedir", - Vladimir Fesenko ehtimal edib.

Politoloqun fikrincə, məsələn, bu, Tramp üçün ona görə vacibdir ki, Respublikaçılar Partiyasında çox fərqli düşərgələr var.

“Ukraynanın tərəfdarları da var, ona görə də əsas məsələ kadr məsələsidir”.

Birmənalı həlledici hadisə...

ABŞ seçkiləri təkcə daxili prosesə deyil, həm də Ukraynanın taleyini həll edəcək həqiqətən də əsas hadisəyə çevriləcəkmi?

Fesenko bu suala belə cavab verib:

“Əlbəttə, bu seçkilər bu ilin bütün beynəlxalq tədbirlərindən, bu ilin sonundakı bütün hadisələrdən müəyyənedicisi olacaq. Xüsusilə, ona görə ki, bu, ABŞ-nin Ukraynaya dəstəyinin səviyyəsinə və formatına təsir edəcək. Hətta ABŞ prezidenti ilə ABŞ Konqresinin münasibətləri baxımından. Artıq bir il əvvəl bu problemlə qarşılaşdıq. Danışıqların necə və nə vaxt başlayacağı ilə bağlı... Ona görə də ABŞ seçkiləri həlledici əhəmiyyət kəsb edir”.

 

S.Laçın

Seçilən
50
24
moderator.az

10Mənbələr