17 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının I seçmə mərhələsində sonuncu oyununu keçirib.
“Azreform.info ” xəbər verir ki, B liqasının V qrupunda yer alan U-17 Lüksemburqun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Lüksemburqun Bettemburq şəhərində yerləşən “Munisipial” stadionunda təşkil olunan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-17 millimiz bundan öncəki matçda Serbiya yığmasına 0:10 hesabı ilə uduzmuşdu.