Türkiyə Silahlı Qüvvələri Suriya və İraqın şimalında 9 PKK terrorçusunu zərərsizləşdirib.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"İraqın şimalında “Pençe Kilit” əməliyyatı və "Kandil" bölgələrində müəyyən edilən 8 PKK terrorçusu, Suriyanın şimalında isə "Fırat Kalkanı" bölgəsində müəyyən edilən 1 PKK/YPG terrorçusu zərərsizləşdirilib", - məlumatda qeyd olunub.