Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.
2020-ci noyabrın 5-də Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin İspaniyanın EFE informasiya agentliyinə müsahibəsidərc edilib.
Trendmüsahibəni təqdim edir:
– Sabahınız xeyir, cənab Prezident. Bizimlə söhbətetmək, bizə müsahibə vermək üçün vaxt ayırdığınıza görə təşəkküredirik.
– Bu imkana görə təşəkkür edirəm.
- Hazırda Dağlıq Qarabağdakı müharibənin altıncı həftəsibaşlayır. Cəbhədə hazırda vəziyyət necədir?
– Cəbhədəki vəziyyət Azərbaycan Ordusunun üstünlüyünü göstərir.Biz bir-birinin ardınca kəndləri, şəhərləri azad edirik. Döyüşmeydanındakı bu müddət ərzində Azərbaycan, demək olar ki, 30 ilişğal altında olan ərazisinin böyük hissəsini azad edib. AzərbaycanOrdusunun uğurlu hücum əməliyyatı davam edir. Bu, bir daha onugöstərir ki, biz güclü ölkəyik və öz torpağımızda döyüşürük. BizAzərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini, Azərbaycanınərazi bütövlüyünü bərpa edirik. Yeri gəlmişkən, biz BMTTəhlükəsizlik Şurasının Ermənistan qoşunlarının bizimərazilərimizdən çıxarılmasını tələb edən, lakin Ermənistantərəfindən demək olar ki, 30 il ərzində əməl olunmayanqətnamələrini icra edirik.
– Siz işğal olunmuş 7 rayonun - 5 üstəgəl 2 azadedilməsini istəyirsiniz. Siz onlardan artıq neçəsini azadetmisiniz?
– Faktiki olaraq, işğal olunmuş rayonlardan 5-dən 4-ü artıq yatamamilə, ya da qismən azad edilib. Bu gün biz işğal altında olandigər rayonların işğaldan azad edilməsinin aktiv mərhələsindəyik.Qeyd etdiyim kimi, biz BMT Təhlükəsizlik Şurasının qətnamələriniicra edirik və yeri gəlmişkən, biz artıq əsas prinsiplərin birhissəsini yerinə yetirmişik. Çünki ATƏT-in Minsk qrupu tərəfindəntəklif olunan həll üçün əsas prinsiplər faktiki olaraq Azərbaycanınişğal olunmuş ərazilərinin boşaldılmasını tələb edirdi. Əfsuslarolsun ki, Ermənistan könüllü şəkildə bunu etmək istəmirdi, ona görədə biz onları bunu etməyə məcbur etməli olduq.
– Hər iki tərəf artıq 3 humanitar atəşkəslə bağlırazılığa gəlib. Lakin onlar heç bir neçə dəqiqə də belə çəkməyib.Nəyə görə müharibəni üç dəfə durdurmaq və danışıqlara başlamaqmümkün olmamışdır?
– Düşünürəm, bu atəşkəslərin işləməməsinin səbəblərindən biriondan ibarət idi ki, Ermənistan artıq bizim tərəfimizdən azadedilmiş əraziləri geri almağa cəhd göstərirdi. Başqa sözlə, onlarıyenidən işğal etmək istədilər. Ona görə də onlar sizin doğru olaraqqeyd etdiyiniz kimi, humanitar məqsədlərlə elan olunmuş buatəşkəsdən resursları səfərbər etmək və yeni hücuma keçmək üçünistifadə etmək istədilər. Onlar bunu edə bilməyəndə, Ermənistanərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə ballistikraketlə hücum etdilər. Onlar bunu iki dəfə etdilər. Lakin birincidəfə oktyabrın 10-da, atəşkəs elan olunandan dərhal sonra etdilərvə bunun nəticəsində 10 mülki şəxs həlak oldu, onlarla adamyaralandı. Beləliklə, onlar birinci atəşkəsi kobud şəkildəpozdular. İkinci atəşkəs də elan olunan vaxtdan təxminən 5 dəqiqəsonra onlar tərəfindən pozuldu və üçüncü atəşkəsi onlar dinc şəhərolan Bərdəyə hücum etməklə pozdular. Orada 21 nəfər mülki şəxsqətlə yetirildi, 70 nəfər yaralandı. Beləliklə, hər 3 dəfə bu,Ermənistanın bizə qarşı məqsədli şəkildə təcavüzkar hücumu idi vəbiz cavab verməli və özümüzü müdafiə etməli olduq.
– Siz dediniz ki, Ermənistan qoşunlarının çıxarılmasıilə bağlı konkret təqvim istəyirsiniz. Ermənistan dedi ki,kompromisə hazırdır, ancaq təslim olmağa, həmin əraziləri təslimetməyə yox. Siz də kompromisə hazırsınız? Bu kompromis necəolacaq?
– İlk növbədə, bizim mövqeyimiz demək olar ki, bu 40 gün ərzindəartıq dəfələrlə bəyan edilib. Mən dəfələrlə demişəm ki, bizimvəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, bir milyonazərbaycanlı qaçqın və məcburi köçkünü öz doğma torpaqlarına,onların əsrlərboyu yaşadıqları ərazilərə geri qaytarmaq və bundansonra həmin ərazidə Azərbaycan əhalisi və erməni icması arasındasülh şəraitində birgəyaşayışı təmin etməkdir. Bizim mövqeyimizsağlam düşüncəyə, humanitar zəminə əsaslanır və beynəlxalqictimaiyyət tərəfindən dəstəklənir. Beləliklə, bu, çoxaçıq-aşkardır. Ermənistan kompromisdən danışanda konkret heç nədemir. Onlar yalnız öz müqəddəratını təyinetmədən danışırlar, ammaöz müqəddəratını təyinetmə onlar tərəfdən kompromis deyil. Onlar özmövqelərində daha dəqiq olmalıdırlar, çünki hazırda o, çoxqeyri-müəyyəndir. Ona görə də biz Ermənistan qoşunlarının işğalolunmuş ərazilərdən çıxması üçün vaxt cədvəli tələb etdik və bizbunu toqquşmaların ilk günündən tələb etdik. Beləliklə, əgərErmənistan bizə qulaq assaydı və məntiqlə davransaydı, bu gün bizhazırda qarşılaşdığımız vəziyyətdə olmazdıq. Müharibə bəlkə də biray əvvəl bitərdi. Ona görə də Ermənistan tərəfdən kompromis çoxdəqiq olmalıdır. Hələ də işğal altında olan Ağdam rayonunun birhissəsini, Kəlbəcər və Laçını boşaltmaq üçün vaxt cədvəli bizətəqdim edilməlidir, Ermənistanın baş naziri bunu şəxsən bəyanetməlidir. Lakin onlar nəinki bizə vaxt cədvəli vermirlər, onlarhəmin əraziləri boşaldacaqlarını demirlər. Sentyabrın 27-dən buyana bütün bu vaxt ərzində Ermənistanın hərbi-siyasi rəhbərliyiərazilərin boşaldılacağı barədə heç vaxt heç nə deməyib. Belə olanhalda, onlar 7 rayonun qaytarılmasını təmin etmək üçün buprinsipləri işləyib hazırlamış Minsk qrupunun həmsədrlərinə faktikiolaraq hörmətsizlik nümayiş etdirirlər və faktiki olaraq daha çoxeskalasiyaya gətirib çıxarırlar. Beləliklə, biz Ermənistanın başnazirinin Kəlbəcər, Laçın və Ağdamın qalan hissəsiniboşaldacaqlarını açıq şəkildə deməyini gözləyirik.
– Əgər belə olmasa, Sizin üçün yalnız hərbi variantmövcuddur?
– Başqa yol qalmır, bilirsiniz, başqa variant yoxdur. Biz hərbiəməliyyatları davam etdirmək istəmirik və mən dəfələrlə demişəm vəbu gün də təkrar edə bilərəm, əgər Ermənistanın baş naziri şəxsənözü, bu qan tökülməsinə görə məsuliyyət daşıyan şəxs belə birbəyanat versə, biz dərhal dayanmağa hazırıq, dərhal. Mən sözünəəməl edən insanam və biz bunu edərik. Lakin o, bunu demir. O, vaxtqazanmaq istəyir, daha çox hərbi yardım əldə etmək üçün atəşkəsistəyir, Azərbaycana qarşı yeni hücumlar etmək və bizim azadetdiyimiz əraziləri geri almaq üçün bu atəşkəsdən istifadə etməkistəyir. Onun niyyəti bundan ibarətdir.
– Siz hazırda cənab Paşinyanla bir masa arxasındaoturmağa hazırsınız, yoxsa bunun bir mənası yoxdur?
– Xeyr, bunun qətiyyən heç bir mənası yoxdur. Son iki il ərzindəmənim onunla çoxsaylı görüşlərim olub, lakin onların hamısıtamamilə səmərəsiz və mənasız olub, ilk görüşlər istisna olmaqla.O, mənə söz vermişdi ki, əgər Azərbaycan dırnaqarası “inqilab”dansonra ona vaxt versə, o, yaxşı hazırlaşacaq, Ermənistanda siyasicəhətdən öz mövqeyini gücləndirəcək və sonra əsas prinsipləriyerinə yetirmək üçün konstruktiv şəkildə işləməyə hazır olacaq. Bu,onun Ermənistanda rəhbərliyinin ilk aylarında mənə söylədikləriidi. Lakin bir ildən sonra o, tamamilə fərqli sözlər dedi. O dediki, Azərbaycana qaytarılası bir santimetr belə torpaq yoxdur. Dediki, “Qarabağ Ermənistandır”. Dedi ki, Azərbaycan Dağlıq Qarabağdakıqondarma qurumun dırnaqarası “rəhbərliyi” ilə danışıqlaraparmalıdır. Beləliklə, o, danışıqlar prosesini pozmaq üçün hərşeyi etdi. Ona görə də hazırda mən onunla görüşməkdə bir mənagörmürəm. Bu yaxınlarda bizim xarici işlər nazirlərimiz Cenevrədəgörüşüblər və mən düşünürəm ki, hazırda bu, təmaslar üçün doğruformatdır.
– Siz dediniz ki, demək olar 30 il ərzində Minsk qrupuişğal edilmiş ərazilərin qaytarılması üçün heç nə etməmişdir və yabu istiqamətdə heç bir irəliləyişə nail olmamışdır. Hazırda ABŞ,Rusiya və Fransadan gözləntiniz nədir?
– Bəli, siz haqlısınız. Mən demişəm ki, Minsk qrupu heç birnəticə əldə etməyib. Lakin mən, eyni zamanda, demişəm ki, onlarınfəaliyyətinə tamamilə göz yuma və onları yalnız tənqid edəbilmərəm. Çünki hazırda masada olan əsas prinsiplər Minsk qrupununköməyi ilə işlənib hazırlanmış prinsiplərdir. Beləliklə, onlarişlədilər, çalışdılar. Lakin onlar əraziləri boşaltması ilə bağlıErmənistana təzyiq göstərmək üçün əllərində olan bütün alətlərdənistifadə etmədilər. Bu ölkələrdən hər birinin birtərəfli qaydadaErmənistana təsir etmək üçün kifayət qədər vasitələri var, istərhərbi dəstək olsun, istər siyasi dəstək, iqtisadi dəstək, diaspordəstəyi və s. Lakin onlar əllərində olan bu alətlərdən istifadəetmədilər, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraqözlərinin qəbul etdikləri BMT Təhlükəsizlik Şurasınınqətnamələrinin icrasında israr etmədilər. Ona görə də nəticəninolmaması faktı, əlbəttə ki, onların bacarmadığından çoxistəmədiyini nümayiş etdirir. Əgər onlar bacarmadılarsa, kimbacarar? BMT Təhlükəsizlik Şurasının 3 daimi üzvü kiçik,yoxsullaşmış, asılı Ermənistana təsir edə bilmir? Onlar, sadəcəolaraq, istəmədilər. Onlar vəziyyətin sabit olmasını istəyirdilər,bu, doğrudur. Onlar sülh ssenarisini istəyirdilər. Lakin onlargörəndə ki, demək olar 30 ildir sülh ssenarisi yoxdur vəErmənistanın yeni hökuməti bəyanatlar və əməllərlə prosesi faktikiolaraq məhv edir, düşünürəm ki, onlar hərəkətə keçməli idilər. Məndəfələrlə onların liderləri, yüksək rütbəli rəsmiləri ilə danışaraqçağırış etmişəm ki, Ermənistana təzyiq göstərin, sanksiya tətbiqedin. Əgər sanksiya tətbiq etmək istəmirsinizsə, ən azı bunu diləgətirin, elan edin ki, sanksiyalar tətbiq olunacaq, əks halda, butəcavüzkara təzyiq göstərmək üçün başqa heç bir mexanizm olmayacaq.Beləliklə, düşünürəm, bu gün onlar dərk ediblər ki, uzun illər“münaqişənin hərbi həlli yoxdur” deməklə səhv ediblər. Biz bureallığı dəyişdik. Hərbi həll yolu var. Lakin bizim bu gündanışdığımız ondan ibarətdir ki, gəlin, hərbi həllin həminsəhifəsini bağlayaq və siyasi həllə keçək. Beləliklə, hərbi-siyasihəll üstünlük təşkil etməlidir. Əgər Ermənistanın baş naziri mənimartıq ondan tələb etdiyimi desə, biz bu gün dayanmağa hazırıq. İndisülh prosesi artıq qismən yerinə yetirilmiş əsas prinsiplərin qalanhissəsinin icrasına əsaslanmalıdır. Bizə Kəlbəcər, Laçın və Ağdamınbir hissəsinin boşaldılması ilə bağlı dəqiq vaxt cədvəli lazımdır.Bundan sonra düşünürəm ki, regiona sülh gələcək.
– Mən Sizdən “Amnesty International”ın faktiki olaraqhər iki tərəfin kasetli bombalardan istifadə etməsinə dairbəyanatları ilə bağlı soruşmaq istəyirəm. Siz də, rəsmi İrəvan daqeyd edirsiniz ki, tərəflər mülki əhaliyə qarşı fosfor tərkiblisursatdan istifadə edir. Siz beynəlxalq konvensiyalarla qadağanedilən silahlardan istifadə edirsiniz?
– Biz qadağan olunmuş silahlardan istifadə etmirik. Bizim ərazibütövlüyümüzü bərpa etmək üçün kifayət qədər sursatımız var. Bu,birincisi. İkincisi, biz mülki şəxslərə hücum etmirik. Oktyabrın10-dan sonra Dağlıq Qarabağdakı şəhərlərə hücum etmirik. Ondanəvvəl, bəli, bunu qəbul edirik. Lakin bu, ona görə oldu ki,Ermənistan ordusunun hərbi hissələrinin və infrastrukturunun çoxuDağlıq Qarabağın dırnaqarası “paytaxtı” olan Xankəndidəcəmləşmişdi. Ona görə də biz bunu etməli idik. Biztəhlükəsizliyimizi təmin etmək və əməliyyatımızın daha səmərəliolması üçün həmin mühüm hərbi obyektləri vurmalı idik. Lakinhumanitar atəşkəs elan olunandan sonra, - bunu dəfələrlə elanetmişik, - biz heç vaxt insanların yaşadığı heç bir şəhəri və yakəndi vurmamışıq. Buna zidd olaraq ermənilər nə etdi. OnlarErmənistan ərazisindən Gəncəyə ballistik raket atdılar və bu,sübuta yetirilib. Baxmayaraq ki, Ermənistanın baş naziri bunuonların etmədiyini dedi. Lakin bu, gülüncdür. Çünki ballistikraketin buraxılışı peyklər vasitəsilə müşahidə olunur. Hər kəs onunharadan buraxıldığını və onun hədəfinin nə olduğunu bilir. Gəncədəmülki şəxslərin yaşadığı əraziləri qəsdən iki dəfə vurdular. OnlarBərdəyə çox dağıdıcı “Smerç” raketləri ilə iki dəfə zərbəendirdilər və yalnız bir hücum nəticəsində 21 insan öldürülmüş və70 insan yaralanmışdır. Bir çox hücumlar olmuşdur. Onlar Tərtərdədəfn mərasiminə zərbə vurdular, bu, tamamilə insan davranışınınbütün normalarından kənar bir şeydir. İnsanlar dünyasını dəyişmişşəxsi dəfn edəndə onlar qəbiristanlığı vurdular və dörd nəfər qətləyetirildi. Onların kasetli bombalardan istifadə etmələri beynəlxalqmedia və QHT-lər tərəfindən təsdiq olunmuşdur. Əminəm ki, bu barədəilk dəfə məlumat verən oranı ziyarət etmiş beynəlxalq mediaolmuşdur. “Amnesty International” və “Human Rights Watch”təşkilatlarının bu halları təsdiq etməkdən savayı başqa bir seçimiyox idi. Lakin sual orasındadır ki, nə üçün onlar birinci növbədəAzərbaycana gəlmədilər? Nə üçün onlar yalnız Ermənistan tərəfindənişləyirdilər? Yalnız beynəlxalq media, Qərb mediası ermənilərinistifadə etdiyi kasetli bombaları göstərdikdən sonra bu iki QHTbunu təsdiq etdi. Onların bunu təsdiq etməsi yaxşı haldır, lakinsəmimi desəm, bunun açıq-aşkar olmasını nəzərə alaraq onların buməsələni necə təsdiq etməməsini də təsəvvürümə gətirə bilmirəm.
- Rusiya, Sergey Lavrov dünən dedi ki, Dağlıq Qarabağdatəqribən iki min muzdlu döyüşür. Bununla bağlı nədeyərdiniz?
-Mən bu ittihamlara, bu əsassız ittihamlara dəfələrlə cavabvermişəm. Səmimi desəm, təəssüflənirəm ki, bitərəf olmalı, onlaraATƏT tərəfindən verilmiş mandata əsasən hərəkət etməli olanölkələrin yüksək səviyyəli rəsmiləri təsdiqini tapmamış bu əsassızdırnaqarası “informasiya”dan və şayiələrdən istifadə edirlər. Bu,birincisi. İkincisi, bizdə heç bir muzdlu yoxdur. Mən bu haqdadəfələrlə demişəm. Bizim onlara ehtiyacımız yoxdur. Bizim 100 mindöyüşçüdən ibarət ordumuz var, biz tam səfərbərlik elan etsək,bundan bir neçə dəfə çox toplaya bilərik. Lakin biz Ermənistandanfərqli olaraq bunu etmirik. Bizim tərəfimizdə hər hansı bir əcnəbidöyüşçünün vuruşması ilə bağlı heç bir sübut yoxdur. Bu bir aydançox müddət ərzində bizə heç bir sübut, heç bir sənəd, heç bir dəliltəqdim edilməmişdir. Yalnız bəyanatlar. Bəs, onda nə üçün onlarErmənistan tərəfində baş verənləri, Ermənistan tərəfindən neçəmuzdlunun döyüşdüyünü görmürlər? Nə üçün bizi ittiham etməyəçalışan nə Rusiya, nə də Fransa bunun haqqında heç nə deməyib?Bizdə artıq əcnəbi pasportları olan zərərsizləşdirilmiş insanlarınsiyahısı var. Amerikalı, fransalı, kanadalı, livanlı, iraqlı,postsovet məkanı ölkələrindən, onlarla Gürcüstandandır. Bəli, onlaro ölkələrdə yaşayan ermənilərdir, lakin bu, heç bir fərq etmir.Əgər onlar başqa ölkələrin vətəndaşlarıdırsa, onların orada olmasıqanunsuz hesab edilir. Bu vaxtadək bu məsələ barədə heç nədeyilməmişdir, amma bizim sübutlarımız var. Bizim əlimizdəpasportlar var. Bizim sübutumuz var, video var. Bunun haqqında heçnə deyilməyib. Bu, bizim tərəfimizdən qəbul edilə bilməyən selektivbir yanaşmadır, bu, vasitəçilərin mandatına uyğun deyil. Məndəfələrlə demişəm, vasitəçilər bitərəf olmalıdırlar. Əgər onlartərəf tuturlarsa, bu, onların işidir, lakin onda vasitəçilikdənçıxmalıdırlar. Hər bir ölkənin istənilən ölkəyə yaxşı və ya pismünasibəti ola bilər. Biz müəyyən səbəblər üzündən bəzi ölkələrtərəfindən ermənilərə qarşı xüsusi hisslərin olduğunu başa düşürük.Bunu öz ölkələrinin adından deyirlərsə, biz buna etiraz etmirik.Lakin əgər siz vasitəçisinizsə, xahiş edirəm, bitərəf olun vəittihamlardan uzaq durun. Əgər biz bizi muzdlularla bağlı ittihamedənləri dünyanın müxtəlif yerlərində nə etdikləri haqqında ittihametməyə başlasaq, bu, çox uzun bir məsələ olacaq. Biz bunu etmirik.Buna görə biz tərəfdaşlarımızdan eynisini gözləyirik.
-Türkiyənin Sizə nəinki siyasi, eyni zamanda, hərbidəstək də göstərdiyini söyləyənlərə nə deyərdiniz?
-Mən deyərdim ki, bu növbəti təxribat, növbəti feyk xəbərdir.Türkiyədən heç bir hərbi dəstək yoxdur. Biz Türkiyədən yalnızmüasir hərbi avadanlıq alırıq. Bu, həqiqətdir. Bu, dünyadaistənilən ordunun paxıllıq edə biləcəyi yeni müasir avadanlıqdır.Türkiyənin hərbi sənaye kompleksi, həqiqətən də, möcüzələrgöstərir. Bu avadanlıq bizə döyüş meydanında çox kömək edir. Lakinbiz onu alırıq, biz müqavilələr imzalayırıq, hər şey şəffafdır, hərşey qanunidir. Biz başqa ölkələrdən də silah alırıq. Nəyə görə heçkim bizim Rusiyadan nə qədər silah aldığımızdan danışmır? YalnızTürkiyə. Çünki Türkiyə əfsuslar olsun ki, indi müxtəlif avropalısiyasətçilərin hücumuna məruz qalır. Türkiyəni qaralamaq cəhdlərivar. Türkiyəni şantaj etmək, ona təzyiq göstərmək cəhdləri var. Bu,tamamilə qəbuledilməzdir. Bizim əsas silahlarımız Rusiyadan gəlir.Biz başqa ölkələrdən də silah alırıq. Yalnız Türkiyənin adıhallanır. Bu, birincisi. İkincisi, Türkiyənin bizə hərbi dəstəkgöstərdiyini həmişə deməyə davam edənlər nəyə görə vasitəçi, Minskqrupunun həmsədri olan Rusiyanın Ermənistana hərbi dəstəkgöstərdiyini demirlər? Bizim əlimizdə sübutlar var, bu 40 günərzində Ermənistanın hansı məbləğdə silahla təchiz edildiyi iləbağlı məlumatı Rusiya rəsmilərinə təqdim etmişik. Niyə heç kim bubarədə danışmır? Gəlin, bunun haqqında danışaq, gəlin, ədalətliolaq. Buna görə birincisi, bu, səhv məlumatdır. İkincisi, bizTürkiyə hərbi avadanlığını alırıq və almağa davam edəcəyik.Üçüncüsü, bu məsələ ilə bağlı heç bir ikili standart olmamalıdır.Yeri gəlmişkən, Azərbaycana Türkiyə tərəfindən hərbi dəstəkgöstərildiyini deyənlər, hesab edirəm, bu absurd ittihamlardançəkinməlidirlər.
-Açıq-aydındır ki, Türkiyənin regionda marağı var, necəki, Rusiyanın və İranın var. Ermənistan Rusiyaya öztəhlükəsizliyinin təmin olunmasının mümkünlüyü barədə müraciətetmişdir. Siz müharibənin beynəlmiləlləşdirilməsindənqorxursunuz?
-Ermənistan lap əvvəldən elə bunu etmək istəyirdi və biz həmişəbuna qarşı idik. Mən dəfələrlə bütün ölkələrə demişəm, bumünaqişədən uzaq durun. Bu, bizim məsələmizdir, bu, ərazi bütövlüyüuğrunda bizim döyüşümüzdür. Münaqişəni beynəlmiləlləşdirmək üçünheç bir cəhd olmamalıdır. Lakin Ermənistan bunun üçün hər şeyietdi. Ermənistanın baş nazirinin Rusiya Prezidentinə göndərdiyiməktub təkcə onların öz məğlubiyyətini artıq qəbul etdiyini, bizimdöyüş meydanında onlara qalib gəldiyimizi göstərmir, eyni zamanda,onu göstərir ki, onlar münaqişəni beynəlmiləlləşdirmək istəyirlər,onlar Rusiyanı birbaşa müharibədə iştiraka sürükləmək istəyirlər,bu da tamamilə qəbuledilməzdir. Mənim bildiyimə görə, bu, Rusiyatərəfindən rədd edilmişdir və Rusiyanın xarici işlər naziri bununlabağlı bəyanat vermişdir. Ola bilsin, bunu lap dəqiqliklə ifadəetmirəm, lakin belə bir mesaj var idi ki, döyüş Azərbaycanınərazisində aparılır. Əgər Azərbaycan, əgər istənilən ölkəErmənistana hücum etsə, onda Rusiya öhdəliyini yerinə yetirməlidir.Lakin döyüş bizim torpağımızda gedir. Hesab edirəm ki, bu cəhdlərtamamilə faydasızdır. Rusiyanın mövqeyi xarici işlər naziritərəfindən ifadə olunmuşdur. İranın da mövqeyi ifadə edilmişdir.Yəqin siz ölkələrin ərazi bütövlüyünün təminatına dair İranınmünaqişənin həll edilməsi ilə bağlı planını eşitmisiniz. Buyaxınlarda İranın Ali Rəhbəri Ermənistanın Azərbaycanın beynəlxalqsəviyyədə tanınan ərazilərini boşaltmalı olduğu ilə bağlı bəyanatvermişdir. Bu, iki qonşu ölkənin reaksiyasıdır. Türkiyənin mövqeyiyaxşı bəllidir. Türkiyə həmişə beynəlxalq hüququ və BMTTəhlükəsizlik Şurasının qətnamələrini dəstəkləyir. HəmçininGürcüstan da dəfələrlə Azərbaycanın ərazi bütövlüyünüdəstəkləmişdir. Bu, bizim qonşuların mövqeyidir. Ermənistan təcridolunub. Onlar münaqişəni beynəlmiləlləşdirmək istəyirlər, onlardəstək qazanmaq üçün bəzi feyk xəbərlərdən və tarixdən olan bəzifeyk məlumatlardan istifadə etmək istəyirlər. Lakin Ermənistan üçünən yaxşı hərəkət öz məğlubiyyətini, bizim qələbəmizi qəbul etmək vəyerdə qalan torpaqları boşaldacaqlarına dair üzərinə öhdəlikgötürməkdən ibarətdir.
-Əgər onlar Dağlıq Qarabağın müstəqilliyinitanıyarlarsa, Sizin buna reaksiyanız necə olardı?
-Bilirsiniz, onlar müstəqilliyi tanımaq istəsəydilər, uzunmüddət bundan öncə tanıyardılar. Nəyə görə əvvəl tanımadılar? Çünkionlar aydın başa düşürdülər ki, bu, çox məntiqsiz addım nəticəsindədanışıqlar tamamilə dayanacaqdır. Odur ki, onlar bunu etsələr,danışılası bir şey qalmayacaq. Sonra nə sülh təşəbbüsü, nə əsasprinsiplər, nə də gələcək tənzimləmə, heç nə masa üzərindəolmayacaq. Hesab edirəm ki, onlar bunu başa düşürlər. Onlar həmişəbundan bizi qorxutmaq üçün bir alət kimi istifadə etməkistəyirdilər və deyirdilər Azərbaycan bunu etsə, biz müstəqilliyitanıyacağıq. Mən bu müharibə günlərində dəfələrlə demişəm və indidə deyirəm, Ermənistanın baş naziri, bu gün Dağlıq Qarabağı tanı,bunu et, cəsarətini göstər, sözünün bir məna daşıdığını göstər, bugün Dağlıq Qarabağı tanı. Yenə də siz görəcəksiniz ki, onlar bunuetməyəcəklər. Çünki onlar qorxaqdırlar, onlar yalnız dincvətəndaşlara qarşı vuruşa bilirlər və onlar gücümüzü, birliyimizigörüb qaçırlar.
-Siz indi regionun muxtariyyətini qəbul etməyəhazırsınız?
-Bu, əsas prinsiplər üzərində gələcək danışıqların bir hissəsiolmalıdır. Çünki əsas prinsiplərin birinci hissəsində işğal olunmuşərazilərdən - 5 üstəgəl 2 rayondan vaxt cədvəlinə müvafiq olaraqqoşunların çıxarılması tələb olunurdu. Sonra təhlükəsizlik,sülhməramlı əməliyyatlar, Dağlıq Qarabağın statusu kimi əsasprinsiplərin başqa elementləri də var idi. Biz həmişə bunu müzakirəetməyə çox açıq idik. Biz dəfələrlə onlara müxtəlif yolları təklifetmişdik, lakin onlar bunları rədd etmişlər. Biz onlara Azərbaycandaxilində muxtariyyət təklif etdik, biz onlara mədəni muxtariyyəttəklif etdik. Biz dedik ki, dünyada, Avropada, Skandinaviya, AlanAdaları timsalında, İtaliyada Cənubi Tirol timsalında və bir çoxbaşqa yerlərdə yaxşı nümunələr var. Lakin onlar hər şeyi rəddetdilər. Onlar yalnız müstəqillik tələb edirdilər və istəyirdilərki, biz bu müstəqilliyi tanıyaq. Bunu etməklə onlar, əslində, bizimbunu heç vaxt etməyəcəyimizi bilərək münaqişəni dondurmaq üçün hərşeyi edirdilər. Mən bilirəm, biz birincisi münaqişənin bu qaynarfazasını bitirməliyik, danışıqlar masasına qayıtmalıyıq, Ermənistanmənim artıq dediyim öhdəlikləri üzərinə götürməlidir və sonra bizgələcəkdə nə baş verəcək onun haqqında danışa bilərik. Bu məsələilə bağlı indi heç nə deyə bilmərəm.
-Çox sağ olun, cənab Prezident. Mən bizə vaxtayırdığınız üçün Sizə minnətdarlığımı bildirirəm.
-Suallarınıza, Azərbaycana marağınıza görə çox sağ olun.