AZ

Avstraliya Ehtiyat Bankı faiz dərəcələrini sabit saxladı

Avstraliya Ehtiyat Bankı bazarın gözləntilərinə uyğun olaraq faiz dərəcəsini sabit saxlayıb.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bununla bağlı bank bəyanat yayıb.

Bildirilib ki, faiz dərəcəsi 4,35% səviyyəsində saxlanılıb. 

"Avstraliya Ehtiyat Bankının (RBA) əsas məqsədi inflyasiyanı hədəfə qaytarmaqdır. Bu, RBA-nın qiymət sabitliyi və tam məşğulluq mandatına uyğundur. Bu günə qədər uzunmüddətli inflyasiya gözləntiləri inflyasiya hədəfinə uyğun olub", - bəyanatda vurğulanıb.

Gülşən Şərif

Seçilən
47
14
bakivaxti.az

10Mənbələr