AZ

Trampın iqtidara QAYIDIŞI – ABŞ siyasətində nələr DƏYİŞƏCƏK?

ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp 277 seçicinin dəstəyini alaraq 270 seçici səs həddini keçib. Bu da onun seçkilərdə qələbə qazandığını göstərir.

O, artıq Florida ştatının Palm-Biç şəhərində tərəfdarlarına müraciət edərək qələbəsini elan edib. Tramp çıxışında qarşıdakı 4 ilin ABŞ tarixinin qızıl dövrü olacağını qeyd edib.

Görəsən, Trampın bu qələbəsi fonunda ABŞ-ın siyasətində hansı yeniliklər olacaq
 

MÖVZU İLƏ BAĞLI:

Tramp seçkilərdə QALİB GƏLDİ - FOTO/VİDEO


Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov qeyd edib ki, Donald Trampın seçkilərdə qalib gəlməsinə təsir göstərən başlıca amil demokratların daxili və xarici siyasətdəki uğursuz addımlar olub:

“Demokratların 4 illik hakimiyyət dövründə öz ideoloji xətlərini əsas götürməklə azlıqlara ifrat dərəcədə yer verməsi, mühafizəkar kəsimə qarşı kampaniya aparmaları, ölkənin iqtisadi inkişaf tempinin o qədər də qaneedici olmaması və siyasi liderlərin zəifliyi son nəticələrə öz təsirini göstərib”.

Həmsöhbətimizin fikrincə, Trampın Prezident seçilməsilə ölkənin daxili və xarici siyasətində hər şey dəyişəcək:

“Keçən seçkilərdən sonra məmurların böyük hissəsi istefa verdi. Bu dəfə isə Tramp özü deyəsən çoxlarını istefaya yollayacaq. Beləliklə də hər bir sahədə yeniliyi görəcəyik”.

Rüfət Sultan, Bizim.Media

Seçilən
86
26
bizim.media

10Mənbələr