AZ

Şavkat Mirziyoyev Azərbaycana COP29-un uğurlu keçirilməsini arzulayıb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana qarşıdan gələn COP29 Konfransına uğurla ev sahibliyi etməyi arzulayıb.

Olaylar xəbər verir ki, o bu barədə Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının Zirvə Görüşündə çıxışı zamanı deyib.

"Gələn həftə Bakıda COP29 Konfransının işə başlaması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi bir daha səmimi qəlbdən təbrik edirəm və ona böyük uğurlar arzulayıram", - deyə Ş.Mirziyoyev bildirib.

O əlavə edib ki, iqlim dəyişikliyi ilə bağlı kəskin ekoloji problemlərin həlli yollarını tapmaq üçün Özbəkistan nazirlər səviyyəsində Türk Ətraf Mühit Şurasının yaradılmasının sürətləndirilməsini zəruri hesab edir: "Biz gələn bu mövzuda ilk iclası Özbəkistanda keçirməyə hazırıq".

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bir neçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
50
olaylar.az

10Mənbələr