AZ

Trampın seçilməsi Azərbaycan iqtisadiyyatına təsir edəcək?

Donald Trampın seçilməsi ABŞ iqtisadiyyatında müsbət rol oynaya bilər.

 

Bunu Modern.az-a açıqlamasında sabiq deputat Vahid Əhmədov bildirib.

 

“Xarici mətbuatı izləyirəm, rəylərə də baxıram. Trampın da, Harrisin də platformasına baxmışam. Tramp əsasən ABŞ-nin daxili siyasətinə daha çox fokuslanır. Yəni onun hədəfi əhalinin sosial rifahını artırmaqdır.  Xarici siyasətlə bağlı o qədər də ciddi mesajları olmayıb, - o qeyd edib.

 

Sabiq deputatın sözlərinə görə, Trampın qalib gəlməsindən sonra Vergi sistemində müəyyən güzəştlər,  eləcə də digər məsələlər ola bilər:

 

"Ümumiyyətlə, ABŞ qüdrətli dövlətdir, burada hər şey Prezidentdən asılı deyil. Orada Demokrataların da, Resöublikaçılaırın da senatorları var. Senatda çox məsələlər həll olunur.  Bayden Ukraynaya kömək istədi, lakin Senat ucbatından bu, çox uzun çəkdi. Bu gün bütün dünya ABŞ-da keçirilən seçkini izləyir. Kimin qalib gəlməsindən asılı olmayaraq, ABŞ qüdrətli dövlətdir. Bunu hamı başa düşür. Onun apardığı siyasətdən çox şey asılıdır. Amma Azərbaycanın iqtisadiyyatın inkişafı, ölkəmizdə müəyyən məsələlərin həlli üçün Tramp qalib gəlməsi kömək ola bilər. Köməklik dedikdə, daxili işimizə qarışılmaz. Onsuz da Azərbaycanın heç nəyə ehtiyacı yoxdur. Prezident İlham Əliyevin rəhbərliyi altında çox düzgün siyasət yürüdür. Xaricdən müdaxilə olmasa, Azərbaycan üçün heç bir problem yoxdur. Həm qonşu, həm də Türk Dövlətləri Təşkilatı  üzv ölkələrələ çox ciddi təmaslar qurur. Faktiki olaraq Azərbaycan problemi olmayan ölkədir”.

V. Əhmədov söyləyib ki, ABŞ hələ Baydenin dövründən sülh müqaviləsi üçün müxtəlif cəhdlər edib:

 

“Buna baxmayaraq,  ABŞ-də seçilən prezidentdən müəyyən qədər necə siyasətin olacağı asılıdır. Avropada bəzi dövlətlər 44 günlük Vətən mühadribəsindən sonra düzgün olmayan  mövqe tutdular. Hətta mən fikir verirəm ki, COP29-un Azərbaycanda keçirilməsinə də paxıllıq edirlər. Prezidentimizin həmişə bir sıra məsələlərin təşəbbüskarı olub. Yəni cənab İlham Əliyev müasir ölkə başçısıdır".

 

O qeyd edib ki, Azərbaycanla ABŞ arasında münasibııtlər indi də pis deyil.

 

"Azərbaycanla ABŞ arasında iqtisadi əlaqələr, idxal da, ixrac da var.  Trampın da, Harrisin də çıxışlarını bilirəm. Qarabağ məsələsində errmənilərin qayıtması məsələsini qaldırıblar. ABŞ hələ Baydenin dövründə sülh müqaviləsinin imzalanması üçün çalışıb və cəhdlər göstərib. İnanmıram ki, hansısa sərt mövqe olsun.  Kimin seçilməsindən asılı olmayaraq, Azərbaycan Prezidentinin apardığı xarici siyasət o qədər önəmlidir ki, istər iqtisadiyyatına, xarici siyasətinə təsir etməyəcək.  Müəyyən dövrlərdə müəyyən problemlər olur. Bu, olan şeylərdir. Azərbaycanın ön plana çıxardığı məsələs Qarabağdakı yenidəqurma, tikinti işləridir. Bu işləri Azərbaycan heç kimin köməyi olmadan öz hesabına həyata keçirir”.

Seçilən
25
50
modern.az

10Mənbələr