Bəzi Dairə Seçki Komissiyalarının tərkibində dəyişiklik olub.
Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qərar qəbul edilib.
5 saylı Babək-Naçıvan-Cuıfa saylı seçki dairəsinin həlledici səs hüquqlu üzvü vəfat edib. Onun yerinə Cahangir Seyidovun təyin edilməsini təklif edilib.
21 saylı Nəsimi-Binədəqi seçki dairəsinə həlledici səs hüquqlu üzv kimi Akif Abbasovun namizədliyi irəli sürülüb. Rövşən Vəliyevin 41 saylı, Cavid Binnətovun 83 saylı DSK-ya üzv seçilməsi təklif edilib.
Məsələ səsə qoyularaq qəbul edilib.