AZ

Tramp qazandı, bu altkoin rekord vurdu (FOTO)

"Dogecoin"in ticarət həcmi Cənubi Koreyanın ən böyük birjası "Upbit"də rekord vuraraq "Bitcoin"i geridə qoydu. 

Valyuta.az xarici mediaya istinadən xəbər verir ki, Donald Trampın ABŞ prezident seçkilərində qalib gəlməsi "Bitcoin" və altkoinlərdə yüksəlişə səbəb oldu və BTC-də yeni ən yüksək səviyyə (ATH) qeydə alındı.

Lakin İlon Maskın Trampı dəstəkləməsi və Trampın qələbəsi altkoin olan "Dogecoin" (DOGE) üçün böyük bir yüksəlişə yol açdı.

"DOGE" son 24 saat ərzində 20% artım nümayiş etdirərək 0,2 dollar səviyyəsini keçdi. "DOGE" qiymətindəki bu artım ticarət həcminə də əks olundu və "DOGE" ticarət həcmi Cənubi Koreyanın ən böyük birjası "Upbit"də rekord həddə çatdı.

Məlumatlara görə, "DOGE"nin ticarət həcmi "Upbit"də 2 trilyon KRW-i aşdı (1,466 milyard ABŞ dolları) və bu göstərici ilə lider kriptovalyuta olan "Bitcoin"i də geridə qoydu.

Statistikaya əsasən, "Dogecoin" ticarət həcmi 1,46 trilyon KRW (1,067 milyard ABŞ dolları) səviyyəsinə geriləsə də, hələ də BTC-dən öndədir.

Qeyd edək ki, "Bitcoin" 1,12 trilyon KRW (815 milyon ABŞ dolları) ticarət həcmi ilə ikinci sırada qərarlaşıb. Növbəti pillələrdə isə "Solana" (SOL), "Shiba Inu" (SHIB) və "XRP"yer alıb.

Rəhim

Seçilən
15
10
valyuta.az

10Mənbələr