AZ

Dünya bazarlarında neft və qazın qiyməti artmaqda davam edir - Son qiymətlər

Valyuta.az xəbər verir ki ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin yanvar müqaviləsinin dəyəri 0,61% artaraq 1 barelə görə 75,38 ABŞ dollar, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti də 0,54% artaraq 1 barelə görə 72,08 ABŞ dolları olub.

Həmçinin qeyd edək ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının da qiyməti artıb.

Belə ki, dekabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,48% artaraq 2,729 ABŞ dolları təşkil edib.

© APA

Seçilən
53
49
valyuta.az

10Mənbələr