AZ

Milli Məclis Zəfər Günü münasibətilə İlham Əliyevi və Mehriban Əliyevanı təbrik edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Milli Məclis 8 Noyabr - Zəfər Günü münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.
Oxu.Az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova Parlamentin bugünkü plenar iclasında təbrik nitqi səsləndirib.
"8 Noyabr zəfəri sayəsində əzəli torpaqlarımızın işğalına son qoyulması təkcə bizim üçün deyil, türk dövlətləri və bütün dünya üçün önəmli hadisədir. Bununla da son 30 ildə erməni qəsbkarlığı və etnik təmizləməyə son qoyuldu və Azərbaycan tarixində yeni dövr başladı.
Biz bu şanlı tarixi qəlbimizdə əbədi yaşadacağıq. Hazırda bölgədə sülh prosesi istiqamətində Ermənistanla sülh prosesi davam edir. Təzyiqlərə baxmayaraq, sülh gündəliyi Azərbaycanın iradəsi ilə addım-addım irəliləyir.
Ona görə də tarixi qələbəni bizə bəxş edən Ali Baş Komadan İlham Əliyevi və silahlı qüvvələrə təşəkkür edir və onları təbrik edirik. Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayaraq onlara dərin fəaliyytlərində onlara yeni uğurlar arzu edirik", - spiker əlavə edib.
Mərahim Nəsib
Seçilən
14
50
oxu.az

10Mənbələr