AZ

İnsanabənzər robotun çəkdiyi ilk sənət əsəri bu qiymətə satıldı

İnsanabənzər robotun çəkdiyi ilk sənət əsəri 1,32 milyon dollara satılıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, Böyük Britaniyalı riyaziyyatçı Alan Turinqin portreti Nyu-Yorkda keçirilən hərracda 1,32 milyon dollara insanabənzər robot tərəfindən hazırlanmış ilk sənət əsəri kimi satılıb.

Əsər "Sotheby's" hərrac evində xeyli yüksək qiymətə satılıb. Hərrac evindən verilən məlumata görə, portret üçün 27 təklif edilib.

 

Gözəl Həşimova

Seçilən
125
25
iqtisadiyyat.az

10Mənbələr