AZ

Şuşa alınan gün şəhid olan "Zəfər" ordenli kapitan: "Yoldaşları dedi ki, o olmasaydı, biz yox idik"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Baku TV Vətən müharibəsi zamanı Şuşanın azad edildiyi gün şəhid olan Şamil Babayev haqqında reportaj hazırlayıb.
Şəhidin atası Baloğlan Babayev oğlunun vətənpərvərliyindən bəhs edərək qeyd edib ki, Şamilin hərbə böyük marağı olub.
"Döyüş yoldaşları oğlumun cəsurluğundan danışarkən deyirdilər ki, Şamil olmasaydı, bəlkə də biz yox idik.
33 nəfərə "Zəfər" ordeni vermişdilər. Onlardan biri də mənim oğlum idi", - deyə o söyləyib.
Şamil Babayevin oğlu Yusif Babayev isə atası şəhid olduğu üçün heç vaxt ağlamadığını, onunla qürur duyduğunu bildirib.
"Gecəni birlikdə yatdıq. Səhər duranda gördüm ki, atam yanımda yoxdur", - şəhidin oğlu atasının cəbhəyə yollanmasından danışarkən deyib.
Daha ətraflı videosüjetdə:
Seçilən
70
50
oxu.az

10Mənbələr