Almaniya 2-ci Bundesliqasında 12-ci turun oyunları keçirilir.
Bu gün Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" doğma meydanda "Kayzerslautern"i qəbul edib.
Qarşılaşma 0:0 hesablı bərabərliklə başa çatıb. Mahir Emreli də bu matçın iştirakçısı olub. 27 yaşlı forvard oyuna start heyətində başlayıb və 73-cü dəqiqədə əvəzlənib. Xallarını 18-ə yüksəldən "Nürnberq" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta