AZ

ADY fövqəladə hallara hazırlıqla bağlı növbəti təxliyə təlimi keçirdi



“Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən həyata keçirilən mülki müdafiə tədbirləri çərçivəsində fövqəladə hallar zamanı insanların təxliyəsi və təhlükəsizliyinin təmin olunması məqsədilə maarifləndirici tədbir və təlim təşkil edilib.

Newscenter.az quruma istinadən bildirir ki, təlim çərçivəsində ADY Fövqəladə Hallar Nazirliyi (FHN) ilə birgə Bakı Dəmiryol Vağzalında “Fövqəladə halların xəbərdar edilməsi, təxliyə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi” mövzusunda məşq keçirib. Təlimə FHN-in Bakı Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, ADY-nin mülki müdafiə qüvvələri, o cümlədən yanğınsöndürmə qatarı və şəxsi heyəti, təcili tibbi yardım maşını və tibbi personal cəlb olunub.

Məşqin məqsədi stansiyada təhlükəsizlik tədbirlərinin səmərəliliyini artırmaq, fövqəladə hallar zamanı müxtəlif struktur bölmələrin qarşısına qoyulan tapşırıqların operativ şəkildə həll edilməsi və şəxsi heyətin praktiki vərdişlərinin möhkəmləndirilməsidir.

Təxliyə tədbirlərinin düzgün və vaxtında həyata keçirilməsi həyat təhlükəsi ilə üzləşən şəxslərin təhlükəsiz şəkildə evakuasiyasını təmin etmək baxımından böyük əhəmiyyət kəsb edir.

ADY mütəmadi olaraq bu kimi tədbirləri həyata keçirməklə ölkədə dəmiryol nəqliyyatının təhlükəsizliyini daha da artırmağı və əməkdaşlarının fövqəladə hallara hazırlığını möhkəmləndirməyi hədəfləyib.

Süleyman
Seçilən
51
12
newscenter.az

10Mənbələr