AZ

Azərbaycanda insan alverində təqsirləndirilən qadın AXTARIŞA VERİLDİ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanda qadın insan alverində ittiham olunaraq, barəsində axtarış elan olunub.
Lent.az xəbər verir ki, 43 yaşlı Astara rayon sakini Vüsalə Raqib qızı Şiriyeva insan alverində təqsirli bilinir. Onun barəsində Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə cinayət işi başlanıb.
Vüsalə Şiriyevanın tutularaq, istintaqa cəlb edilməsi üçün barəsində Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən axtarış elan olunub.
Seçilən
89
35
oxu.az

10Mənbələr