AZ

Rodri “Real”ın “Qızıl top”un təqdimat mərasimində olmasını istəyib

“Mançester Siti”nin dayaq yarımmüdafiəçisi Rodri “Real”ın “Qızıl top”un mükafatlandırma mərasiminə qatılmamasına münasibətini açıqlayıb.

Arena.az xəbər verir ki, İspaniya yığmasının üzvü Madrid klubunun bu qərarına belə münasibət bildirib:

“Nə deməyimi istəyirsiniz? Mən nə istərdim, hamının orada olmasınımı? Əlbəttə, bəli. İstərdim ki, planetin bütün ən yaxşı oyunçuları belə bir axşamda iştirak etsinlər”, deyə ispan futbolçu vurğulayıb.

Xatırladaq ki, “Real” mərasiməm qatılmayıb. “Kral klubu” “Qızıl” top”un “qaymaqlılar”ın braziliyalı ulduz hücumçusu Vinisius Juniora deyil, Rodriyə verilməsindən inciyib və təşkilatçıların bu qərarını əsassız hesab edərək, təqdimat mərasiminə buyurmayıb.

Rodriqo Ernandes Madrid “Atletiko”sunun yetirməsidir, ispan “dayaqçı” 2007-2013-cü illərdə “döşəkçilər”in klub sistemində olub. Daha sonra Rodri “Vilyarreal”a keçib. Ancaq 2018-ci ildə yarımmüdafiəçi 2019-cu ilə qədər oynadığı “Atletiko”ya qayıdıb.

Rodri hazırda çıxış etdiyi “Mançester Siti”yə 2019-cu ilin iyulunda 70 milyon avro məbləğ müqabilində elə, “Atletiko”dan keçib. Rodrinin “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rodri “şəhərlilər” üçün 3 oyun keçirib, məhsudalr fəaliyyəti ilə diqqət çəkməyib. Təcrübəli yarımmüdafiəçi “şəhərlilər”in heyətində bütövlükdə 260 oyuna çıxıb, 26 qol və 30 məhsuldar ötürmə müəllifi olub.

Rodri “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2020/2021, 2021/2022, 2022/2023, 2023/2024), İngiltərə Kubokunun (2023), İngiltərə Liqa Kubokunun (2020, 2021), İngiltərə Super Kubokunun (2020), Çempionlar Liqasının (2022/2023), UEFA Super Kubokunun (2023/2024), FIFA Klub Dünya Kubokunun (2024) qalibi olub. Rodri həmçinin Çempionlar Liqasında 2022/2023-cü illər mövsümünün oyunçusu seçilib.

Rodriqo Ernandes 2018-ci ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 57 oyun keçirib, 4 qol vurub, 2 məhsuldar ötürmə verib. Rodri İspaniya yığması ilə 2023-cü il UEFA Millətlər Liqasının və 2024-cü il Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
54
12
arena.az

10Mənbələr