AZ

Messinin qolu komandasını xilas etmədi

Argentina millisinin futbolçusu Lionel Messinin çıxış etdiyi "İnter Mayami" ABŞ-nin MLS çempionatında mübarizəni dayandırıb.

Fanat.Az xəbər verir ki, Mayami təmsilçisi pley-offda "Atlanta Yunayted" ilə üz-üzə gəlib.

Tərəflər arasındakı üçüncü oyunda "İnter Mayami" rəqibinə 2:3 hesabı ilə uduzub.

Messi 65-ci dəqiqədə fərqlənsə də, məğlubiyyətdən qaça bilməyiblər.

Qeyd edək ki, pley-offun əvvəlki iki qarşılaşmasında komandaların hər biri 2:1 hesabı ilə qalib gəlib. "İnter Mayami" MLS-in müntəzəm mövsümündə 74 xalla birinci olmuşdu.

Seçilən
30
38
fanat.az

10Mənbələr