1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Mançester Yunayted" 33 yaşlı mərkəz müdafiəçisi Danilo ilə maraqlanır.
Oxu.Az xəbər verir ki, bu barədə "Juve Live" məlumat yayıb.
Qeyd olunur ki, "qırmızı şeytanlar"ın yeni baş məşqçisi Ruben Amorim qışda braziliyalı futbolçu ilə müqavilə imzalamasını istəyir. Danilonun özünün də Turin klubundan ayrılmaq ərəfəsində olduğu vurğulanır.
Bu mövsüm müdafiəçi bütün turnirlərdə 10 matçda iştirak edib. Futbolçunun klubla əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
"Transfermarkt" portalında verilən məlumata görə, Danilonun bazar dəyəri 7 milyon avrodur.