Xosep Qvardiolanın yaxın gələcəkdə milli komandanın başında olacağı iddia edilir.
Bu barədə “The Athletic” nəşri məlumat yayıb. 53 yaşlı ispaniyalı mütəxəssisin “Mançester Siti” ilə müqaviləsinin müddəti 2025-ci ilə qədərdi. İngiltərə klubunda hesab edirlər ki, Qvardiola daha bir il komandanı çalışdırdıqdan sonra hansısa yığmanı 2030-cu ildə keçiriləcək dünya çempionatına hazırlaşdıracaq.
Yeri gəlmişkən, Braziliya Futbol Konfederasiyasının rəhbərliyinin Qvardiola ilə maraqlandığı və onun mümkün təklifə açıq olması bildirilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta