AZ

 Ad günlərində şam üfürmək ənənəsi haradan qaynaqlanır?

Ad günlərində şamların üfürülməsi ənənəsi demək olar ki, hər mədəniyyətdə görünən bir bayram ritualı kimi diqqəti çəkir. Bəs, bu şam üfürmə ənənəsi haradan qaynaqlanır? Arxa planda hansı simvollar və inanclar var? Şamları üfürmək və arzu etmək əsrlər boyu davam edən maraqlı bir hekayəyə bağlıdır. 
Sherg.az  ad günü tortunun üzərindəki şamların mənası və onun mədəniyyətlərarası səyahətini təqdim edir...
Bir arzu edərkən gözlərinizi yumub bütün gücünüzlə şamı söndürdüyünüz o anı düşünün. Bu an keçmişdən bu günə daşınan bir sehri təcəssüm etdirir. Arzunuzu bircə tüstü ilə göyə çatdırmaq mistik təcrübə hesab olunur. Beləliklə, arzunuz kainata çatacağına və bir şəkildə gerçəkləşəcəyinə inanılır. Bəs bu inanc tam olaraq haradan qaynaqlanır?

Ad günü tortu ənənəsi müasir mənada Almaniyada yaranıb. “Kinderfest” kimi tanınan uşaqlar üçün xüsusi ad günü şənlikləri şamlarla bəzədilmiş tortlarla keçirilib. Bu ənənədə şamların işığı “həyat işığı”nı təmsil edirdi və ad gününü qeyd edən şəxsə arzu etmək şansı verirdi.

Torta əlavə şam əlavə etməklə adamın yeni ildə şanslı olacağına da inanılırdı. Bu ənənə zamanla inkişaf etdi və bütün dünyada qəbul edilən ad günü ritualına çevrildi.

Şam üfürmə ənənəsinin mənşəyi Qədim Yunanıstana gedib çıxır. Ayın ilahəsi Artemidanın doğum gününü qeyd etmək üçün yunanlar yuvarlaq tortlar hazırlayır və üzərinə ay işığını simvolizə edən şamlar qoyurlar.
Artemidanın şərəfinə keçirilən bu mərasimlərə şamların yanacağı və göylərə yüksələn arzularla ilahəyə çatacağı inancı da daxil idi. Beləliklə, yanıb-sönən şamlar ilahəyə göndərilən arzuların gerçəkləşəcəyinin simvoluna çevrildi.

Şam üfürmək bu gün də özü ilə bir çox xurafatları gətirir. Məsələn, şamları bir nəfəsdə üfürmək arzunun gerçəkləşmə ehtimalını artırır. Ancaq arzu başqalarına deyilsə, arzunun pozulacağına inanılır.

Şam üfürmək təkcə bayram mərasimi deyil, həm də arzu etmək ritualıdır və bir çox mədəniyyətlərdə dərin mənalar daşıyır. Xüsusən də ad günlərində insanın ötən ili geridə qoyub yeni ilə qədəm qoyması üçün vasitə sayılır.


Roma İmperiyası dövründə şamlarla bəzədilmiş tortlar da istifadə olunurdu, lakin bu dəfə məqsəd tanrılara təqdim etməkdənsə, əhəmiyyətli insanların doğum günlərini qeyd etmək idi. Romada ad günləri ancaq tanrılar və dövlət xadimləri kimi mühüm insanlar üçün qeyd edilirdi.

Bu ənənə sonradan bütün dünya əhalisinə yayıldı və şəxsi ad günlərinin qeyd olunmasına səbəb oldu. Zaman keçdikcə şəxsi ad günlərini qeyd etmək insanların öz həyatlarına və nailiyyətlərinə dəyər verdiyi bir rituala çevrildi.
Seçilən
45
6
sherg.az

10Mənbələr