AZ

II Elizabetin ölümündən iki gün öncə dəfni ilə bağlı etdiyi zarafat üzə çıxdı

Böyük Britaniyanın kraliçası II Elizabetin ölümündən iki gün əvvəl öz dəfni ilə bağlı zarafatı gündəm olub.

hakimiyyet.az-ın verdiyi məlumata görə, bu barədə "The Sunday Times"ın baş siyasi şərhçisi Tim Şipman özünün "Out" kitabında yazıb.

Müəllifin sözlərinə görə, kraliça ailəsi və tabeliyində olanlarla şam yeməyi zamanı həmin vaxtlar Britaniya baş naziri vəzifəsində olan Boris Consonun istefasını şərh edib və gözlərində şən bir parıltı ilə deyib:

"Nə isə... Ən azından indi bu axmağa mənim dəfnimi təşkil etməsinə imkan verməyəcəyəm".

Bildirilir ki, ümumiyyətlə, II Elizabet Boris Conson haqqında yüksək fikirdə olmayıb və onu "komik fiqur" hesab edib.

Bundan əlavə, Bukingem sarayı 2019-cu ildə parlamentin işinin dayandırılmasına görə baş nazirə qəzəbli olub.

Xatırladaq ki, II Elizabet 2022-ci il sentyabrın 8-də 96 yaşında vəfat edib.

Seçilən
113
2
hakimiyyet.az

10Mənbələr