AZ

Ficili siyasətçi: “COP29-da gələcək hədəflərlə bağlı razılaşma gözləyirik”

“Azərbaycan gözəl bir ölkədir. Mən bu ölkənin gözəlliyindən zövq aldım”.

Bu sözləri Bizim.Media-nın sualına cavab olaraq Ficili siyasətçi Biman Chand Prasad deyib.

O, COP29-dan gözləntilərini də açıqlayıb:

“Bu konfrans “Maliyyə COP” adlandırılıb, buna görə də biz yeni kollektiv 2025-ci il hədəfi ilə bağlı çox yaxşı bir razılaşma və irəliləyiş gözləyirik. İnkişaf etməkdə olan ölkələr, kiçik ada dövlətləri çox açıq şəkildə bildirirlər ki, bu, hamının, o cümlədən inkişaf etmiş tərəfdaşların maraqlarına uyğundur. Çünki qeyd etdiyim kimi, inkişaf etməkdə olan ölkələrdə, kiçik ada dövlətlərində baş verənlər ilə şimaldakı və inkişaf etmiş tərəfdaş ölkələr arasındakı qarşılıqlı əlaqə çox böyükdür. Bu, yalnız adekvat maliyyə təmin edən bir yanaşmanın qəbul edilməsi üçün deyil, həm də qarşılıqlı faydalı olacaq”.

Nuray, Bizim.Media

Seçilən
189
7
bizim.media

10Mənbələr