AZ

Xarab olan maşını dəfn etdilər, 8 min pul xərclədilər - Video

Hindistanda keçirilən dəfn mərasimi qeyri-adiliyi ilə dünyaya səs salıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Hindistanda bir ailə 12 il istifadə etdikləri “Suzuki Wagon R” markalı avtomobil üçün təntənəli dəfn mərasimi keçirib. 

Dəfn mərasiminə 4 səhifəlik dəvətnamə ilə 2000 nəfər çağırılsa da, 1500 nəfər iştirak edib. 
Avtomobilin sahibi Sancay Polara nəqliyyat vasitəsinin ailəsinə firavanlıq və hörmət qazandırdığını bildirib. O əlavə edib ki, maşına olan minnətdarlıöını bildirmək üçün onu satmaq yerinə “son mənzil”ə yola salmağa qərar verib.

Çiçəklər, lentlər və yaşıl örtüklə bəzədilən nəqliyyat vasitəsi 4.5 metr dərinliyindəki çuxura basdırılıb. 

“The Sun”ın yazdığına görə, dəfn mərasimi 3 555 funt sterlinqə (təx.8 min AZN) başa gəlib.
Dəfn zamanı nəqliyyat vasitəsinin arxeoloji qazıntılar zamanı tapılacağı, bunu görənlərin təəccüblənəcəyi bildirilib.

Sözügeən mərasim bütün dünyada müzakirələrə səbəb olub.

Billurə

Seçilən
94
50
olke.az

10Mənbələr