AZ

Superkompüter Premyer Liqanın favoritini açıqladı

“Opta Sports” statistik internet-portalının superkompüteri cari mövsüm İngiltərə Premyer Liqasının favoritini açıqlayıb.

Arena.az məlumat verir ki, İngiltərə çempionatının ilk 11 turunun nəticələri əsasında təhlil aparmış “dəmir parçası”, cari mövsümün sonunda qızıl medalları “Liverpul”un qazanacağı qənaətindədir.

Superkompeter “Liverpul”un çempionluq ehtimalını 60,3% olaraq görür.

Vurğulayaq ki, “qırmızılar” 11 turdan sonra 28 xalla Premyer Liqanın yarış cədvəlinə başçılıq edirlər.

Süni zəka digər əsas favoritləri isə belə sıralayıb:

“Mançester Siti” – 34,3%, “Arsenal” – 5%, “Çelsi” – 0,3% ehtimalla.

Hazırda zirvədə qərarlaşmış “Liverpul”un ardınca Premyer Liqanın yarış cədvəlində bu komandalar müvafiq olaraq 2-4-cü pillərdə belə sıralanıblar:

“Mançester Siti” – 23 xal, “Çelsi” – 19 xal, “Arsenal” – 19 xal.

Seçilən
44
8
arena.az

9Mənbələr