AZ

Bir dövlətin bayrağı altında üzən gəmilərin toqquşmasından yaranan MÜNASİBƏTLƏR

Bir dövlətin bayrağı altında üzən gəmilərin toqquşmasından yaranan münasibətlərə, gəmilərin toqquşduğu yerdən asılı olmayaraq, həmin dövlətin qanunu tətbiq edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Gəmilərdən neftlə çirkləndirmədən zərər vurulduqda, bu Məcəllədə müəyyən edilmiş qaydalar aşağıdakılara şamil edilir:

– Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində gəmilərdən neftlə çirkləndirmə nəticəsində vurulan zərərə;

– harada qəbul edildiyindən asılı olmayaraq, belə zərərin qarşısını almaq və ya azaltmaq üçün ehtiyat tədbirlərinə.

 

Seçilən
59
heftelik.az

1Mənbələr