AZ

Braziliyada partlayışda ölən şəxs terror aktı edəcəkmiş

Braziliyada baş verən partlayışda ölən şəxs sosial şəbəkələrdə terror aktı hazırlığından yazıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Metropoles” portalı məlumat yayıb.

Məlumata görə, hadisədən əvvəl Fransisko Vanderlei sosial şəbəkələrdə “polisin bombanı zərərsizləşdirmək üçün 72 saat vaxtı var” yazaraq dörd braziliyalı siyasətçini hədəf seçib.

Qeyd edilib ki, Vanderlei 2020-ci ildə Rio do Sul bələdiyyə şurasına Liberal Partiyasının namizədi kimi namizədliyini irəli sürmüş, lakin məğlub olmuşdur.

Xatırladaq ki,, Braziliya Federal Ali Məhkəməsinin (FSU) qarşısında iki partlayış baş verib. Polis hadisə yerində meyit tapıldığını təsdiqləyib və hadisəni araşdıracaqlarını bildirib.

Seçilən
34
operativmm.az

1Mənbələr