AZ

Azərbaycan və Albaniya Media agentlikləri Anlaşma Memorandumu imzalayıblar

Noyabrın 13-də Medianın İnkişafı Agentliyində Albaniya Media və İnformasiya Agentliyinin Baş direktoru Alteo Husi ilə görüş keçirilib.

Görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media sahəsinə məsul qurumlar və media subyektləri arasında təcrübə mübadiləsinin aparılmasının və birgə layihələrin həyata keçirilməsinin, ümumilikdə uzunmüddətli qarşılıqlı səmərəli əməkdaşlığın qurulmasının önəmini diqqətə çatdırıb.

Alteo Husi görüşün təşkilinə görə təşəkkürünü bildirib, səmərəli və faydalı tərəfdaşlıq münasibətlərinin qurulmasının informasiya sahəsində mövcud çağırışlara uyğun birgə tədbirlərin görülməsinə və yeni media formatlarının tətbiqinə imkan yaradacağını vurğulayıb, bu sahədə effektiv təcrübələrin paylaşılmasının zəruriliyi məsələlərinə toxunub.

Daha sonra tərəflər arasında Anlaşma Memorandumu imzalanıb.

XQ

Seçilən
42
42
xalqqazeti.az

10Mənbələr