AZ

Borrell Aİ-yə Qəzzadakı vəziyyətə görə İsraillə dialoqu dayandırmağı təklif edib

Avropa İttifaqının ali nümayəndəsi Josep Borrell bloka İsraillə siyasi dialoqu dayandırmağı təklif edib. Aİ diplomatiyasının rəhbəri bu təşəbbüsü İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar zamanı mümkün insan haqlarının pozulması ilə izah edir.

Məktubda Borrell “Qəzzada beynəlxalq humanitar hüququn mümkün pozulması ilə bağlı ciddi narahatlığını” ifadə edib.

Avropa diplomatiyasının rəhbəri məktubda həmçinin bildirib ki, “hazırda bu məsələlər İsrail tərəfindən adekvat şəkildə həll edilməyib”.

.“Yuxarıdakı mülahizələri nəzərə alaraq, mən Aİ-nin İsraillə siyasi dialoqu dayandırmaq üçün insan haqları müddəasına müraciət etməyi təklif edirəm”, - deyə Borrell məktubda bildirib.

Borrelin təşəbbüsü Aİ xarici işlər nazirlərinin iclasında müzakirə olunacaq.

Oxuməni.az

Seçilən
26
50
oxumeni.az

10Mənbələr